29 
İyl
2018
00:14
107
46
10989
Virtual karabakh

Belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər

29 İyl, 2018
00:14
10989

Belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Londonun “Çelsi” klubu yarımmüdafiəçi Eden Azarın transferi üçün Madrid “Real”ından 200 milyon funt sterlinq (224 milyon avro) tələb edib.

Oxu.Az “Daily Mail”ə istinadla xəbər verir ki, İspaniya təmsilçisi hələlik bu məbləği ödəməyə hazır deyil.

Azarın özünün də Madridə köçmək həvəsində olduğu bildirilir, lakin futbolçu transfer məsələsində “Çelsi”yə təzyiq göstərmir.

Danışıqların müsbət nəticə verəcəyi təqdirdə, belçikalı futbol tarixinin ən bahalı oyunçusu ola bilər. Hazırda ən bahalı futbolçu Neymardı. Braziliyalının transferi üçün PSJ “Barselona”ya 222 milyon avro ödəyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri