Madridin “Real” klubunun prezidenti Florentino Peres Kriştianu Ronaldunu hücumda əvəz edə biləcək futbolçu kimi Antuan Qrizmanı görür.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Don Balon” məlumat yayıb.
Mənbənin məlumatına görə, Peres Madrid “Atletiko”sunun forvardına 200 milyon avro təklif edib. 27 yaşlı fransalı futbolçu isə hazırkı klubundan ayrılmaq istəmədiyini açıqlayıb.
Ronaldu iyulda “Real”ı tərk edərək, “Yuventus”a keçib. Turinlilər bu transferə görə Madrid klubuna 100 milyon avro ödəyib. 33 yaşlı futbolçu “Real”ın heyətində oynadığı müddətdə beş dəfə “Qızıl top”un sahibi və beş dəfə Çempionlar Liqasının qalibi olub.