Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasının III turu keçirilib.
Oxu.Az xəbər verir ki, bu turda Azərbaycanın kişi şahmatçılardan ibarət yığması Sloveniya komandası ilə qarşılaşıb və qalib gəlib.
Şəhriyar Məmmədyarov ağ fiqurlarla heç-heçə edib, Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli qalib gəlib.
Qadın şahmatçılarımız isə İngiltərə komandası ilə yarışıblar. Zərif şahmatçılarımız da rəqibindən üstün olub - 3:1.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçılardan ibarət yığması II turda İtaliya komandasına 3:1 hesabı ilə qalib gəlib, qadın şahmatçılarımız isə belçikalı rəqiblərini 4:0 hesabı ilə məğlub ediblər.
Səbuhi MUSAYEV
www.oxu.az