28 
Sen
2018
09:47
78
13
2353
Virtual karabakh

Millimizin aparıcı üzvü dünya çempionatı öncəsi yeni klubla anlaşdı

28 Sen, 2018
09:47
2353

Millimizin aparıcı üzvü dünya çempionatı öncəsi yeni klubla anlaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Voleybol üzrə qadın millimizin aparıcı üzvü Natalya Məmmədova bu gün start götürəcək dünya çempionatı öncəsi yeni klubla anlaşıb.

Oxu.Az xəbər verir ki, Qazaxıstanın “Altay” klubu ukraynalı legionerimiz Natalya Məmmədovanı heyətinə qatıb.

Qeyd edək ki, 195 sm boyu olan Donetsk doğumlu Natalya 2003-cü ildən millimizin şərəfini qoruyur. 2002-ci ildə Ukrayna millisi ilə Avropa çempionatının gümüş medalını qazanmış Məmmədova İsveçrə, Azərbaycan çempionu olub, İspaniya, Türkiyə, Rusiya çempionatlarının mükafatlarına yiyələnib.

İsveçrə və Rusiya kuboklarını başı üzərinə qaldırmış Natalya Məmmədova “Rabitə” ilə klublararası dünya çempionluğu yaşayıb və üç dəfə Çempionlar Liqasının ən məhsuldar oyunçusu olub.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri