18 
Okt
2018
00:43
79
22
18568
Virtual karabakh

İdman tarixində ən bahalı müqavilə imzalandı

18 Okt, 2018
00:43
18568

İdman tarixində ən bahalı müqavilə imzalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Meksikalı boksçu Saul Alvares DAZN striminq xidməti ilə müqavilə bağlayıb. 

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı idmançının imza atdığı müqavilənin dəyəri 365 milyon dollardır.

Müqavilənin şərtlərinə əsasən, Alvares 2023-cü ilədək 11 döyüşə çıxmalı olacaq. 

Meksikalı boksçunun müqaviləsi idman tarixində ən bahalı kontrakt olub. 

Qeyd edək ki, bu vaxtadək amerikalı beysbolçu Cankarlo Stentonun 2014-cü ildə “Mayami Marlins”lə imzaladığı müqavilə ən bahalı sayılırdı. Bu müqavilə əsasında Stenton 13 il müddətində 325 milyon dollar qazanmalıdır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri