Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha bir veteran idmançımız dünya çempionu oldu
Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında keçirilən X dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.
Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.
Xatırladaq ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında dünya çempionu olub.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər