Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Veteran futbol ulduzları Bakıya gəlir
Noyabrın 15-də “Bayıl arena”da veteran futbolçu Vəli Qasımovun əlli illik yubileyi münasibətilə yoldaşlıq oyunu keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, qarşılaşmada Rusiya, Ukrayna, Portuqaliya və İspaniya kimi ölkələrin məşhur futbolçuları iştirak edəcəklər.
Azərbaycan futbolunun ulduzları Nazim Süleymanov, Elxan Həsənov, Tərlan Əhmədov, Dmitri Kramarenko, Vəli Qasımov, Qurban Qurbanov, Əsgər Abdullayev, Samir Ələkbərov, Novruz Əzimov, Mahmud Qurbanov, Yaşar Vahabzadə, Vidadi Rzayev və Arif Əsədov əməkdar məşqçi Kazbek Tuayevin rəhbərliyi altında meydana çıxacaqlar.
Rəqib komandada isə Sergey Kiryakov, Xoakin Parra, Viktor Losev, Nikolay Pisarev, Adolfo Aldana, İ.Yakubovski, İ.Kolivanov, Raşid Raximov, Rinat Dasayev, Roberto Bordin, Valeri Şmarov, Cande, Camacho kimi ulduz futbolçular məşhur rusiyalı mütəxəssis Valeri Qazzayevin baş məşqçisi olduğu komandada çıxış edəcəklər.
Qeyd edək ki, saat 17:00-da start fiti səslənəcək oyuna giriş sərbəstdir.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbayanda yeni idarəçilik modeli: "Məqsəd şəffaflığı və səmərəliliyi artırmaqdır"
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
Rəylər