Ötən Azərbaycanda futzal liqasının yüksək divizionunun 10-cu turunun oyunları keçirilib.
Oxu.Az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz” və “Yasamal İSK” komandaları arasında keçirilən oyun meydan sahiblərinin 26:2 hesablı qələbəsi ilə başa çatıb.
Maraqlıdır ki, “Araz”ın hər iki qapıçısı - Rövşən Hüseynli və Kamran Hacıyev diskvalifikasiya edilib və komandanın iştirak ərizəsində yer almayıb.
Onların yerinə qapıda komandanın kapitanı Rizvan Fərzəliyev dayanıb. Buna baxmayaraq, “Araz” rəqibin qapısına 26 dəfə yol tapa bilib.
R.D.
www.oxu.az
Rəylər