Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İranlı deputat azərbaycanlıları təhqir etmiş farslara münasibət bildirdi
Cənubi Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri iki gün əvvəl baş tutmuş “Persepolis” – “Traktor Sazi” qarşılaşmasında yaranan xoşagəlməz hala münasibət bildirib.
Oxu.Az xəbər verir ki, o, qanuna görə, ölkənin Baş Prokurorluğunun “Persepolis”ə qarşı vəsatət qaldırmalı və təhqirə yol verənlərin cəzalanmalı olduğunu bildirib:
“Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol verilərsə, oyun dayandırılacaq. “Persepolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı. Stadionun ümumi aurası və hakimin yanaşması “Traktor Sazi” komandasına qarşı yönəlmişdi. Şəkillərdə göründüyü kimi, ofsayd qərarı düzgün deyildi. Hakim bu barədə məşvərət edib, “Traktor Sazi”nin vurduğu qolu qəbul etməli idi. Bu vəziyyətdə “Traktor Sazi” yenə də bir xal qazandı. Buna görə komandaya təşəkkür etmək lazımdır. Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər isə qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu böyük Azərbaycan milləti tərəfindən “Persepolis”ə qarşı vəsatət qaldıraraq təhqirə yol verənləri cəzalandırmaqla belə hərəkətlərin təkrar olunmasının qarşısını birdəfələlik almalıdır”.
Qeyd edək ki, qolsuz heç-heçə başa çatmış “Persepolis” – “Traktor Sazi” görüşü zamanı Tehran klubunun şovinist fars tərəfdarları Azərbaycan-türk millətinin ünvanına təhqiramiz şüar və söyüşlər səsləndirib, eləcə də Qarabağın əsl adının “Artsax” olduğunu bildirərək, əllərində pankartlar qaldırıblar.
Bu videodan da göründüyü kimi özlərini “azəri” adlandıran üç nəfər stadionda Qarabağın Ermənistan ərazisi olduğunu qışqıracaqlarını bildirir.
S.M.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib