Dek
2018
14:09
55
11
2808
Virtual karabakh

Hava şəraitinə görə Azərbaycan kubokunun matçları əvvələ çəkildi

5 Dek, 2018
14:09
2808

Hava şəraitinə görə Azərbaycan kubokunun matçları əvvələ çəkildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Ağsu” – “Sabah”, “Kəpəz” – “Səbail”, “Qaradağ Lökbatan” - “Sumqayıt” oyunlarının başlanma vaxtında dəyişiklik edilib. 

Oxu.Az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən, matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi, 14:00-da deyil, yarım saat tez başlanacaq. 

PFL matçın keçiriləcəyi stadionlarda süni işıqlandırma sistemi olmaması və hava şəraitini nəzərə alaraq, bu addımı atıb. Mərhələnin “Şüvəlan” – “Keşlə” matçının başlanma vaxtı isə 17:00 olaraq saxlanılıb. 

Qeyd edək ki, 1/8 final mərhələsinin bir oyundan ibarət olan matçları sabah keçiriləcək.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri