Yan
2019
12:24
91
22
6086
Virtual karabakh

“Barselona” 19 yaşlı futbolçu aldı

9 Yan, 2019
12:24
6086

“Barselona” 19 yaşlı futbolçu aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Barselona” klubu qış transfer pəncərəsi dövründə növbəti transferini reallaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Kataloniya təmsilçisi Fransanın “Tuluza” klubunun mərkəz müdafiəçisi Jan-Kler Todibonu heyətinə qatıb.

19 yaşlı müdafiəçi mövsümün sonunda “Barselona”nın heyətinə qatılacaq. Kataloniya təmsilçisinin Fransa Qvianasında doğulmuş Todibo üçün “Tuluza”ya heç bir ödəniş etməyəcəyi bildirilib.

Qeyd edək ki, “Barselona” bir müddət əvvəl “Valensiya”nın kolumbiyalı mərkəz müdafiəçisi Ceyson Murilyonu icarə əsasında heyətinə qatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri