Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tbilisidə təcili yardım maşını azərbaycanlıları vurdu: ölən var - VİDEO
Tbilisidə Çavçavadze prospektində təcili yardım maşını Azərbaycan vətəndaşları olan fəhlələri vurub.
Oxu.Az “Rustavi2” telekanalına istinadən məlumat verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər yaralanıb, bir nəfər isə ölüb.
Xəsarət alanlar arasında həm fəhlələr, həm də tibbi heyət üzvləri var.
İlkin məlumata görə, sürücü sükan arxasında yuxuya gedib və maşın yoldan çıxaraq fəhlələri əzib. Hadisə fəhlələrin tikinti obyektinin girişinə toplandığı vaxt baş verib. Təcili yardım maşını xəstə aparırmış.
Hadisə ilə əlaqədar “İnsan ölümünə səbəb olan nəqliyyat təhlükəsizliyi qaydalarının pozulması və ya nəqliyyatdan istifadə” maddəsi ilə cinayət işi açılıb ki, bu da dörd ildən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
Rəylər