Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Yuventus”un futbolçusu “Çelsi”də
İngiltərənin “Çelsi” klubu növbəti transferini rəsmiləşdirib.
Oxu.Az xəbər verir ki, Alvaro Moratanı İspaniyanın “Atletiko” klubuna verəcəyi gözlənilən London təmsilçisi müqavilə ilə İtaliya çempionu “Yuventus”a məxsus olan Qonsalo İquaini heyətinə qatıb.
Argentinalı forvard “Çelsi”də mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Mövsümün sonunda isə İngiltərə təmsilçisi onu birdəfəlik transfer etmək hüququ qazanacaq. Təcrübəli hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Yuventus”a məxsus olan Qonsalo İquain cari mövsümün əvvəlində icarə əsasında “Milan”a keçmişdi. O, bu komandanın heyətində 22 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürməyə imza atıb.
Onun üç gün sonra “Şefild Uenzdey”lə İngiltərə Kubokunun matçında debüt edəcəyi gözlənilir.
"Argentina" teqi üzrə xəbərlər
- Dünya Çempionatının seçmə mərhələsi: Argentina Paraqvayla görüşdə qalib gələ bilməyib
- Nobel mükafatı laureatı Argentinanı gözləyən fəlakət barədə xəbərdarlıq etdi
- Argentina məhkəməsi Venesuela prezidentini İnterpol vasitəsilə beynəlxalq axtarışa verib
- Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verdi
- Argentina BCM-dən Maduronun həbsinə order verilməsini tələb edir