18 
Fev
2019
15:03
273
29
8034
Virtual karabakh

Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da - ÖZƏL

18 Fev, 2019
15:03
8034

Tanınmış idmançımız UFC ilə müqavilə bağlamaq üçün ABŞ-da - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sambo üzrə Azərbaycanın yeddiqat çempionu, Dünya Kubokunun qalibi Bəxtiyar Abbasov dünyanın ən güclü turniri olan UFC-də (Ultimate Fighting Championship) çıxış edə bilər.

Bu barədə Oxu.Az-a idmançının özü məlumat verib. O, bununla əlaqədar olaraq ABŞ-a getdiyini açıqlayıb.

“Hazırda Mayamidə toplanışdayam. Təşkilatçılar istəyir ki, mən 77 kq çəki dərəcəsində döyüşüm. Özüm isə 84 kq çəki dərəcəsində döyüşlərə çıxıram. Ona görə də istəyirlər ki, çəkimi aşağı salım. Amma əvvəl üç dəfə çəkimi 77 kq-a salsam da, özümü yaxşı hiss etməmişəm və uduzmuşam. Bununla belə mənə deyiblər ki, gəl, danışaq. Ona görə də buradayam. Bir həftəyə mənim UFC ilə müqavilə bağlayıb-bağlamamağım bilinəcək”, - deyə idmançı vurğulayıb.

Qeyd edək ki, Bəxtiyar Abbasovun UFC-də çıxış edə biləcəyi xəbərini ötən ay ilk olaraq məhz saytımız yazmışdı.

Onu da bildirək ki, UFC-də bu vaxta kimi heç bir azərbaycanlı döyüşməyib.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri