UEFA ötən il Azərbaycan klublarına 18 milyon 171 min 676 manat ayırıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı AFFA-nın bu gün keçirilən Hesabat Konfransında məlumat verilib.
UEFA-dan ən böyük qazanc əldə edən klub “Qarabağ” olub - 12 milyon 183 min 93 manat.
“Qəbələ” 1 milyon 658 min 486, “Neftçi” 1 milyon 422 min 616 manat, “Zirə” 1 milyon 505 min, “Səbail” 953 min 688 manat və “Sumqayıt” 953 min 488 manat əldə edib.
Səbuhi Musayev
Rəylər