16 
Mar
2022
13:48
220
29
7187
Virtual karabakh

Rafael Ağayev və Mariya Stadnik nazir ilə görüşə niyə gəlmədilər? - SƏBƏBLƏR

16 Mar, 2022
13:48
7187

Rafael Ağayev və Mariya Stadnik nazir ilə görüşə niyə gəlmədilər? - SƏBƏBLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının zalında Tokio Olimpiya və Paralimpiya Oyunlarında medal qazanmış idmançılara “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri təqdim olunub.

Lakin bəzi idmançılar həmin tədbirə qatılmayıblar.

Oxu.Az hansı idmançıların qatılmadığını və bunun səbəbini araşdırıb.

Gənclər və idman naziri Fərid Qayıbovla görüşə gəlməyən idmançılar Tokio Olimpiadasında müvafiq olaraq gümüş və bürünc medal qazanmış karateçi Rafael Ağayevlə güləşçi Mariya Stadnik olub.

Mariya Stadnik hərbi vəziyyətlə əlaqədar Ukraynada qaldığı üçün tədbirə qatıla bilməyib. Rafael Ağayev isə saytımıza açıqlamasında əlində yanıq olduğunu və ordenini gedib nazirlikdən götürəcəyini bildirib.

Bundan başqa, Tokio Paralimpiya Oyunlarında qızıl, gümüş və bürünc medal qazanmış paraatletlər – Elvin Astanov, Həmid Heydəri, Orxan Aslanov, Lamiyə Vəliyeva, Səif Nəcəfzadə, eləcə də paraüzgüçü Roman Saley tədbirə qatılmayıb. Paraatletlər Antalyada təlim-məşq toplanışında olduğunu, Saley isə vətəni Belarusda olduğu üçün ordenlərini daha sonra gedib götürəcəklər.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri