Pauerliftinq üzrə Azərbaycan çempionatında dünya və Avropa çempionu Rövşən Xəlilov zədə alıb.
Oxu.Az-ın xəbərinə görə, o, 301 kq ağırlığı qaldırarkən müvazinətini saxlaya bilməyərək arxaya yıxılıb.
Nəticədə ştanq onun sağ ayağına düşüb. İdmançı dərhal xərəklə xəstəxanaya aparılıb. Bununla belə, o, həmin gün mükafatlandırma mərasiminə ayağı gipsdə gəlib.
View this post on InstagramQeyd edək ki, 75 kq çəki dərəcəsindəki çıxışları ilə tanınan Rövşən Xəlilov bu dəfə Azərbaycan çempionatında gücünü 82 kq-da sınayıb. Buna baxmayaraq, o, yerdən qaldırmada (deadlift) mütləq çempion olub. Həmçinin, FHN əməkdaşı olan Xəlilov 82 kq üzrə üç hərəkətin cəminə (powerlifting) və yerdən qaldırmada çempion olmaqla üç qızıl medal qazanıb.
Səbuhi Musa
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video
- Qazaxda avtomobil yanıb - Video
- "Ən çətini şəhid nəşinin ailələrə təhvil verilməsi idi" - Xilasetmə əməliyyatının qəhrəmanları danışdılar - Video
- Abşeronda evdə partlayış: Xəsarət alanlar ər-arvad imiş - Foto/Video
- Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar
Digər xəbərlər