Avq
2022
22:55
700
39
10125
Virtual karabakh

Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəlib - YENİLƏNİB + VİDEO

4 Avq, 2022
22:55
10125

Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəlib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Neftçi" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun son dəqiqəsində qonaqlar hesabı azaldıb. Nəticədə, "Neftçi" bir top üstünlüyü ilə qalib gəlib. 

“Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya) - 2:1

Qollar: Ataa Caber, 44 (1:0), Kenni Sayef, 61 (2:0),Quido Burqstaller, 90+5 (2:1)
Baş hakim: Dario Bel (Xorvatiya)
Bakı. “Bakcell Arena”

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

22:30

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda 2-ci qol vurulub.

"Ağ-qaralar"ın yarımmüdafiəçisi Kenni Sayef 60-cı dəqiqədə komandasının üstünlüyünü artırıb -  2:0.

22:08

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Birinci yarıdan sonra Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0. 

Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.

21:49

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ilk hissə başa çatıb.

"Ağ-qaralar" fasiləyə minimal hesablı üstünlüklə yollanıb - 1:0. 

Yeganə qolu 44-cü dəqiqədə Ataa Caber vurub.

21:45

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

44-cü dəqiqədə fərqlənən Ataa Caber "ağ-qaralar"ı önə keçirib. 1:0.

21:03

Bakıda "Neftçi" və Avstriyanın "Rapid" (Vyana) komandası arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Oxu.Az xəbər verir ki, "Bakcell Arena"kı qarşılaşma saat 21:00-da start götürüb. Görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edir.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 11-də Vyanada olacaq.

20:04

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Neftçi” və  Avstriyanın "Rapid" (Vyana) klubunun start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq:

“Neftçi”: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 2. Mert Çelik, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov

Baş məşqçi: Laurentsiu Regekampf

“Rapid”: 45. Niklas Hedl, 6. Kevin Vimmer, 9. Qvido Burqştaller, 14. Aleksa Peyiç, 19. Mixael Sollbauer, 22. Martin Kostselnik, 23. Yonas Auer, 27. Marko Qrüll, 28. Morits Osvald, 29. Ante Bayiç, 41. Bernhard Zimmerman

Ehtiyat oyunçular: 21. Bernhard Unger, 25. Paul Qartler, 7. Nikolas Gerrit-Kün, 8. Kristof Knasmüllner, 13. Torsten Şik, 20. Maksimimilan Hofmann, 24. Patrik Qrayl, 34. Nikolas Satlberger, 37. Paskal Fallmann, 39. Rene Krivak, 43. Leopold Kverfeld, 77. Draqolyub Saviç

Baş məşqçi: Ferdinand Feldhofer

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Rapid” matçı saat 21:00-da başlayacaq.

09:06

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Oxu.Az-ın məlumatına görə, Laurentsiu Regekampfın baş məşqçisi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edəcək. “Bakcell Arena”da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.

Oyun öncəsi “ağ-qaralar”da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın oyunda iştirakı isə sual altındadır.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

4 avqust

21:00. “Neftçi” (Azərbaycan) - “Rapid” (Vyana, Avstriya)

Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)

“Bakcell Arena” stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) - “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri