Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qarabağ” Çempionlar Liqasında ən çox qol vuran komandalar sırasındadır
“Qarabağ” Çempionlar Liqasında vurduğu qol sayında liderlər sırasında olmaqda davam edir.
“Report” xəbər verir ki, III təsnifat mərhələsinin ilk oyunlarında Ağdam klubu ümumilikdə 11 qol vurub.
Bu göstəriciyə görə, “Qarabağ” turnirin III təsnifat mərhələsində rəqibi olan “Ferentsvaroş”la (ilk oyun - 1:1) üçüncü yeri bölüşür. Birinci yerdə Norveçin “Budö Qlimt” (17 qol), ikinci pillədə İslandiyanın “Vikinqur” (12 qol) komandası qərarlaşıb.
Bundan başqa, “Qarabağ”ın braziliyalı futbolçusu Kadi Borges də sıralamada bombardirlər yarışında ikinci yerdədir. O, oynadığı dörd matçda dörd dəfə fərqlənib. Beş qol vuran Viktor Bonifase (“Budö Qlimt”) liderdir.
Həmçinin Azərbaycan millisinin və “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç ən çox məhsuldar ötürmə verən futbolçuların reytinqində 1-4-cü yerləri bölüşür. Xorvat əsilli futbolçu üç assistə imza atıb.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb