Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İngiltərə Premyer Liqası: "Bornmut" "Mançester Yunayted"i darmadağın etdi
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün 17-ci turunun "Mançester Yunayted" və "Bornmut" komandalarının qarşılaşdığı matç başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Mançesterdəki "Old Trafford" stadionunda baş tutub. "Mançester Yunayted" evdə 0:3 hesabı ilə məğlub olub.
"Bornmut"un heyətində Din Höysen, Castin Kluivert (penalti), Antuan Semenyo fərqləniblər.
Keçirilən 17 oyundan sonra "Mançester Yunayted" 22 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir. "Bornmut" eyni sayda oyundan sonra 28 xalla 5-ci yerdə qərarlaşıb.
"İngiltərə Premyer Liqası (İPL)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar