Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatı üçün 104 ölkədən 1260 idmançı qeydiyyatdan keçib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov mətbuat konfransında bildirib.
O, idmançıların 55 növdə medallar uğrunda mübarizə aparacağını bildirib. “Onlardan 12-si fərdi növdə olacaq. Hər fərdi növdə 4 atıcı Parisdəki Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq”.
Baş katib Ermənistan idmançılarının dünya çempionatında iştirak edib-etməyəcəklərinin dəqiqləşmədiyini söyləyib:
“Erməni idmançılar yarışda iştirak etmək üçün qeydiyyatdan keçiblər. Ancaq başqa hər hansı məlumat verilməyib. Hotel, istifadə ediləcək silahlar və s. barədə məlumatlar verilməlidir. Ona görə də bu məsələ hələ açıq qalıb”.
Qeyd edək ki, 53-cü Dünya Çempionatı avqustun 14-dən sentyabrın 1-dək təşkil olunacaq.
Daha çox şəkil burada: PhotoStock.az
Faiq Tahirov
Rəylər