Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Azərpoçt” 2023-cü ilin birinci yarımilliyi üzrə brifinq keçirib - FOTO
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-də 2023-cü il üzrə illik gəlir ilin ilk altı ayı üzrə 33 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov qurumun 2023-cü ilin birinci yarısında gördüyü işlər barədə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, bu ilin ilk aktı ayında xalis mənfəət 2,3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub:
“Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur. Xərc artımının 55%-i (və ya əməkhaqqı xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb) əməkhaqqı xərclərinin payına düşür”.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər