Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıdakı Dünya Çempionatında 1239 idmançı iştirak edəcək - FOTO
“Dünya Çempionatı dörd ildən bir keçirilir. Pandemiya səbəbindən beş illik fasilə yaranmışdı”.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.
O, Bakıda yarışacaq idmançı sayını açıqlayıb:
“101 ölkədən 1239 idmançı Bakıdakı Dünya Çempionatında iştirak edəcək. Son anda Filippin iştirakdan imtina etdi. Bu, özləri ilə bağlı məsələ idi. Olimpiya və qeyri-Olimpiya növləri üzrə 55 dəst mükafat sahibini tapacaq. Bunlardan 10-u stend, qalanı güllə atıcılığı üzrə olacaq. 700-ə yaxın rəsmi heyət buradadır. Yarışın təşkilinə cəlb olunan 300 nəfərə yaxın kollektiv var. Ümumilikdə, 2000-dən çox insanın iştirak edəcəyi gözlənilir. Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya məhz burada oynanılacaq. Ümumilikdə 48 lisenziya olacaq. Dünya Çempionatı atıcılıq idmançıları üçün bayram olacaq”.
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.
Daha çox foto burada: PhotoStock.az
Faiq Tahirov
"Filippin" teqi üzrə xəbərlər
- Filippində ölümcül təhlükə: Turistlər tətildən imtina edərək biletləri qaytarırlar
- Filippini tayfun vurdu: Meteoroloqlardan xəbərdarlıq
- Filippində xoruz formasında tikilən hotel Ginnesin Rekordlar Kitabına düşdü
- Keçmiş "Disney" işçisi ilə bağlı qalmaqal: Uşaq təcavüzünü sifariş edərək canlı izləyib
- Filippində "Trami" qasırğası tüğyan edir: Ölənlərin sayı 110 nəfərə çatıb