Sen
2023
17:56
9
136
1403
Virtual karabakh

Canni De Byazi: “Rəqib FIFA reytinqində dördüncüdür” - FOTO

8 Sen, 2023
17:56
1403

Canni De Byazi: “Rəqib FIFA reytinqində dördüncüdür” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çox ağır oyun bizi gözləyir. Rəqib FIFA reytinqində dördüncüdür”.

Oxu.Az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib. 67 yaşlı mütəxəssis əvvəlki matçlarda yol verilən səhvlərdən nəticə çıxarmalı olduqlarını bildirib:

“Diqqətli və cəsarətli oynamalıyıq. Rəqibə hədiyyə verməməliyik. Nəticə qazanmaq istəyiriksə, imkanlardan düzgün yararlanmalı və səhvlərimizdən nəticə çıxarmalıyıq”.

İtalyan mütəxəssis matçdan öncə təslim olmamalarının lazım olduğunu söyləyib:

“Ümid sonda ölür. Oyundan qabaq heç nəyi uduzmuruq. Həmişə mübarizə aparmağı sevirəm. Başa düşürük ki, güclü komandaya qarşı oynayırıq. Ancaq onlar da bizim kimi insandırlar. Rahat oynamalıyıq”.

Baş məşqçi klubunda oynamadığı halda milli komandaya dəvət edilən Höccət Haqverdi ilə bağlı narazılıqların olmasına münasibət bildirib:

“Höccət həmişə millinin üzvü olub. Düzdür, bu mövsüm az oynayır. Start heyətdə olmasa da, sabah 20-30 dəqiqə oynaya bilər. Təəccüblənənləri başa düşürəm. Amma bizim üçün vacib oyunçudur və komandaya kömək ola bilər”.

De Byazi vuruşmağa hazır olmalı olduqlarını qeyd edib:

“Hər bir oyunçumuz motivasiyalıdır. Sabah əllərindən gələni edəcəklər. Vuruşmağa, mübarizə aparmağa hazır olmalıyıq. Bu hər bir insan üçün vacibdir. İnkişaf üçün təcrübələrimizdən düzgün nəticələr çıxarmalıyıq”.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri