Noy
2023
23:00
177
12
1599
Virtual karabakh

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb

2 Noy, 2023
23:00
1599

Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi baş tutub.

Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində iki gümüş, bir bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, altı dəfə Azərbaycan çempionu olub.

O, 16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, birində isə bərabərlik qeydə alınıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri