"Rəşad İsmayılov" teqi üzrə xəbərlər

Rəşad İsmayılov 1979-cu il avqustun 27-də anadan olub.

Bakı Dövlət Universitetinin "hüquqşünaslıq" ixtisası üzrə bakalavr və magistratura pillələrini bitirib.

Əmək fəaliyyətinə 2000-ci ildə Zəhmət kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə Star MMC-də hüquqşünas, 2006-cı ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının Gəncə şəhər auditor təşkilatında hüquqşünas-mütəxəssis vəzifəsində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin hüquq şöbəsində hüquqi məsləhətçi və baş hüquqi məsləhətçi vəzifələrində işləyib.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətində hüquqşünas işləyib. 2012-2013-cü illərdə eyni qurumun Hüquq və təşkilati təminat şöbəsinin hüquqi ekspertiza sektorunun baş məsləhətçisi olub.

2013-2016-cı illərdə Hüquq və təşkilati təminat şöbəsinin hüquqi ekspertiza sektoruna rəhbərlik edib. 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin hüquq və nəzarət şöbəsinin müdir müavini və müdiri vəzifələrində çalışıb.

2018-2019-cu illərdə Azərbaycan Respublikası Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsi Aparatının hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə isə həmin komitənin aparat rəhbəri vəzifəsində işləyib.

2024-cü il avqustun 15-dən yeni təyinatadək Rəşad İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsini tutub.

2026-cı il fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib.