"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyi məlumat yayıb.
🇦🇿✈️🇴🇲 Muskat şəhərində AZAL-ın Muskat–Bakı çarter reysinin təqdimat mərasimi keçirilmişdir.
— AzEmbassyOman (@AzEmbassyOman) June 10, 2026
Tədbirdə çıxış edən Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulamışdır.
#AZAL #baku #muscat pic.twitter.com/80xrlBytCc
Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib.
Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib.
Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.