17 
Sen
2018
11:18
186
35
4055
Virtual karabakh

Bakı yenə Yerevanı qabaqladı: MDB şəhərlərinin 10-luğu

17 Sen, 2018
11:18
4055

Bakı yenə Yerevanı qabaqladı: MDB şəhərlərinin 10-luğu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“TurStat” analitik agentliyi turistlərin payız səyahəti üçün ən yaxşı MDB şəhərlərinin siyahısını hazırlayıb. 

Oxu.Az xəbər verir ki, reytinq 2018-ci ilin payızına planlaşdırılan turizm səfərlərinin populyarlığının təhlili əsasında hazırlanıb. 

Minsk, Astana və Bakı reytinqdə ilk pillələri tutur. Siyahıda növbəti yerlərdə Yerevan, Daşkənd, Almatı, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad qərarlaşıb. 

Məlumatlara görə, turistlər payızda MDB ölkələrinə və şəhərlərinə orta hesabla üç günlük gəlirlər. 

Ən ucuz turlar Qırğızıstan və Özbəkistana təşkil edilir, həftə sonları və alış-veriş üçün isə turistlər Astana və Bakıya üstünlük verirlər. 

Xatırladaq ki, 2018-ci ilin yayı üçün hazırlanmış MDB şəhərlərinin siyahısına Bakı liderlik edirdi.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri