Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.
Oxu.Az-ın məlumatına görə, səfirlik həmin şəxslərə AZAL-ın Varşava-Bakı istiqaməti üzrə həyata keçiriləcək ödənişli təxliyə reysi ilə bağlı aşağıdakı məlumatları təqdim edib:
1) Xahiş edirik, müraciətiniz əsasında sizə göndərilmiş elektron linklər üzrə ödənişi həyata keçirib-keçirmədyinizi 20.05.2020-ci il saat 18:00-a qədər bildirəsiniz.
2) AZAL-ın təşkil etdiyi təxliyə reysi 21.05.2020-ci il tarixdə gündüz saat 12:00-da Varşava Şopen hava limanında A terminalında E bölməsindən həyata keçiriləcək.
2) Nəzərə alaraq ki, bu xüsusi reysdir, bilet üçün ödəniş etmiş sərnişinlərdən hava limanında uçuşdan üç saat öncə saat 09:00-da olmağınız xahiş edilir. Bu müddət ərzində təyyarəyə qeydiyyatdan keçməyiniz üçün zəruri prosedurlar həyata keçiriləcək. Xahiş edirik, gecikməyin!
"AZAL (Azərbaycan Hava Yolları)" teqi üzrə xəbərlər
- Vladimir Putinin İlham Əliyevə zəngi: Rusiyanın etirafı və günahkarları gözləyən aqibət...
- Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
- ICAO təyyarə qəzasının araşdırılması üçün ekspert göndərməyə hazırdır
- AZAL-ın əməkdaşı qəzada həlak olan ekipaj üzvləri barədə danışdı
- "Haber Global": "Ruslardan üstüörtülü etiraf - Təyyarə vurulan zaman HHM sistemi işə düşüb"
Rəylər