Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək
Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar.
“İzvestiya”nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib.
Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 5000-15000 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-ə yaxın) ayırıb.
“Bu pullar cari ilin sonuna qədər Rusiya regionlarında istirahət etmək qərarı verən insanların xərclərinin qismən təzminatı üçün ayrılıb”, - deyə, hökumət başçısı bildirib.
Ən çox oxunanlar
Rəylər