Dövlət Turizm Agentliyi tərəfindən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyi ilə birgə bu gün Bakı şəhərində "AQEM ölkələrində yaşıl turizm" adlı beynəlxalq konfrans keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir təşkilata üzv ölkələrdə dairəvi iqtisadiyyat prinsiplərinə əsaslanan yaşıl turizmin inkişafı, davamlı turizm modelləri, yerli icmaların turizmə inteqrasiyası və turizmdə ekoloji yanaşmaların təşviqi mövzularına həsr olunur.
Tədbir plenar panel müzakirələri, əsas məruzələr, ekspert işçi qruplarının iclasları formatında davam edəcək.
Daha çox foto burada: PhotoStock.az