Azərbaycana gələn turistlərin sayı artmaqdadır. Bu tendensiya özünü 2016-cı ilin ilk altı ayında göstərib.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, son altı ay ərzində Rusiya, Avropa, ərəb ölkələrindən, İran və MDB-dən gələn əcnəbi qonaqların sayı artmaqdadır. Bu ilin may ayında ölkəmizə səfər edən turistlərin sayı ötən illə müqayisədə 30 dəfə artıb.
Cari ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 972 min nəfər təşkil edib. Bu rəqəmin içində üstünlük ilk növbədə Rusiya vətəndaşlarının, daha sonra İran, Türkiyə və ərəb ölkələrinin payına düşür.