Ötən həftəsonu Amsterdamın “Schiphol” hava limanında iki sərnişin təyyarəsi güclü külək səbəbindən eniş zamanı çətinliklərlə üzləşib.
Oxu.Az xəbər verir ki, hadisələrin görüntüləri YouTube portalında yerləşdirilib.
“The Telegraph” nəşrinin məlumatına əsasən, bazar günü, noyabrın 20-də, “Swiss International Airlines” aviaşirkətinin layneri hava şəraitinin pis olması səbəbindən eniş edə bilməyib və ikinci dövrəyə qalxıb.
Bir gün əvvəl isə “Emirates” şirkətinə məxsus dünyanın ən böyük sərnişin təyyarəsi “Airbus A380” də güclü küləyə görə eniş zamanı çətinliklərlə üzləşib. Pilot xüsusi eniş texnikasından istifadə edərək layneri uçuş zolağına endirib.
S.B.
www.oxu.az