Bakının ən məşhur istirahət və əyləncə mərkəzlərindən biri olan “Qobuland” piknik zonası qonaqları üçün yeni kampaniyaya start verib.
Şirkətdən Oxu.Az-a verilən məlumata görə, kampaniya çərçivəsində istirahət mərkəzinin ərazisindəki “Qobuland” hoteli müştərilərə güzəştli qiymətlər təklif edəcək. Belə ki, şərtlərə əsasən:
1 nəfər üçün oteldə gecələmə və 3 dəfə yemək - 58 manat.
2 nəfər üçün oteldə gecələmə və 3 dəfə yemək adambaşına - 43 manat.
2+1 (əlavə çarpayı ilə) 3-cü adamın gecələməsi və yemək daxil olmaqla adambaşına 38 manat təşkil edəcək.
İstirahət mərkəzinin ərazisində 4 böyük restoran var.
Hoteldə qalan müştərilər səhər, nahar və axşam yeməyi zamanı istəklərinə uyğun olaraq bu restoranların hər birindən istifadə edə bilərlər.
Bundan başqa, hoteldə 3 gün və daha artıq qalan müştərilər üçün göldə katamaran gəzintisi pulsuz olacaq.