Rusiyanın “kayak.ru” axtarış saytı bu ilin qış mövsümündə rusiyalılar arasında ən populyar turizm istiqamətlərinin reytinq cədvəlini tərtib edib. Məlum olub ki, Rusiya sakinləri arasında ən populyar istirahət məkanlarından biri də Azərbaycandır.
Oxu.Az xəbər verir ki, axtarış saytının məlumatına görə, Bakıya təyyarə ilə gedib-gəlmək rusiyalılara 7569 rubla (198 manat - red.) başa gəlir.
Tbilisiyə biletlərin qiyməti 13227 rubl (346 manat - red.), Yerevana isə 14079 (368 - red.) rubldır. Uzaq ölkələr arasında populyar istiqamət Tel-Əvivdir. Bu şəhərə uçuşun qiyməti 19261 rubl (502 manat - red.) təşkil edir.
“Kayak” müxtəlif turizm resursları üzrə axtarış saytıdır. Sayt və saytın mobil əlavəsi ildə 1,5 milyarddan çox turist sorğusunu cavablandırır. “The Priceline Group”un müstəqil bölməsi olan şirkətin 20 dildə 40 beynəlxalq saytı fəaliyyət göstərir. Sayt rusiyalıların axtarış sorğularının təhlili əsasında populyar istiqamətləri müəyyən edir, eləcə də daha münasib variantlar təklif edir.
Mənbə: AZƏRTAC
U.A.
www.oxu.az