Vergilər Nazirliyi ticarət festivalları (şopinq festival) dövründə ƏDV-nin qaytarılması qaydalarını təsdiq edib.
Nazirlikdən Oxu.Az-a verilən xəbərə görə, ƏDV-nin geri qaytarılması şərti ilə satış həyata keçirmək üçün ticarət obyektlərinin qeydiyyatının aparılması qaydası müəyyən olunub.
Sənədə əsasən, bu hüququ almaq üçün satıcı öncə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməlidir. Eyni zamanda həmin obyektlər pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalı, nəzarət-kassa aparatına və işlək POS-terminala malik olmalıdır.
Vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olan ticarət obyektləri qeydiyyata alınmayacaq.
U.A.
www.oxu.az