İranın cənubunda Bəndər Abbas şəhəri yaxınlığında məişət qazının partlaması nəticəsində 5 fəhlə ölüb, 9-u yaralanıb.
Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir.
IRNA agentliyinin məlumatına görə, partlayış kənd təsərrüfatı sahəsi araşdırması ilə məşğul zirzəmidə elektrik xəttindəki qısaqapanma nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.