20 
İyn
2018
16:40
817
39
21896
Virtual karabakh

Azərbaycan yeni hərbi helikopterlər əldə edib - YENİLƏNİB + VİDEO

20 İyn, 2018
16:40
21896

Azərbaycan yeni hərbi helikopterlər əldə edib - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 100 illiyi ilə əlaqədar iyunun 26-da keçiriləcək hərbi paradda ABŞ istehsalı yeni Bell-412 helikopterlərini nümayiş etdiriləcək. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “İnterfaks-Azərbaycan” hərbi mənbəyə istinadla məlumat yayıb. 

“Bell-412 helikopterləri artıq silahlanmaya daxil edilib. Onlar hərbi paradda nümayiş etdiriləcək”, - mənbə bildirib. 

Onun sözlərinə görə, bu, Azərbaycan ordusunun silahlanmasına daxil olan və Rusiya istehsalı olmayan ilk helikopterlərdir.

“Bell-412 ilə yanaşı, paradda Mi-24, Mi24G, Mi-35M, Mi-17 və Ka-27 helikopterləri də nümayiş olunacaq”, - o qeyd edib. 

13:53

Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.

“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.

“Bizim nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələlik sınaqdan keçirilməyib”, - deyə o əlavə edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri