Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparılır, onlara təhlükəsizlik qaydaları çatdırılır, eləcə də sıra hazırlığı üzrə məşğələlər keçirilir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, təlim sahəsində praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək.

"Hərbi təlimlər" teqi üzrə xəbərlər
- Cənubi Koreyada döyüş atışları ilə bağlı bütün təlimlər dayandırıldı
- Cənubi Koreya səhvən yaşayış məntəqələrini bombaladı: Yaralıların sayı artdı
- Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçiblər
- Gürcüstan-NATO təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcəklər
- Türkiyə MN: "Tək ürək, tək bilək, tək yumruq" olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik"