13 
İyl
2020
17:10
81
1034
26914
Virtual karabakh

Azərbaycan bu gün dördüncü şəhidini torpağa tapşırdı - YENİLƏNİB + FOTO/VİDEO

13 İyl, 2020
17:10
26914

Azərbaycan bu gün dördüncü şəhidini torpağa tapşırdı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu dəfn edilib.

Oxu.Az xəbər verir ki, şəhidin cənazəsi Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

16:00

Azərbaycan bu gün dördüncü şəhidini qarşılayır.

Oxu.Az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonu, Aşağı Cürəli kəndindəki evlərinə gətiriləcək.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Dünəndən başlayan döyüşlərdə Azərbaycan ordusu dörd şəhid verib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu, Mahmudov Rəşad Rəşid oğlu və Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri