Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri saxlayır - VİDEO
Bu gün Ermənistan mediasının bəh-bəhlə “qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin sınaq zamanı o qədər də cəsur olmadıqları görünür.
Gapp.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.
Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.
Qeyd olunur ki, hazırda döyüşlərin davam etdiyi sərhədə aparan yollarda polis sədləri quraşdırılıb. Göründüyü kimi, Ermənistan hakimiyyətinin təbliğat-təşviqatından fərqli olaraq, erməni xalqı ordusunun “qəhrəmanlığına”, həqiqətən də, inanmır. Bunun üçün çoxlu əsasları da var.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri günlərində də erməni hərbçiləri Azərbaycan Ordusunun əks-hücumundan vahiməyə düşərək, cəbhə xəttindən kütləvi şəkildə təkcə işğal altındakı Qarabağa deyil, həm də Ermənistana qaçmışdılar. Eyni mənzərə bu gün də müşahidə olunur.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
- Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb
- Azərbaycan Ordusunun hərbi qulluqçusu İngiltərədə təltif edilib
Rəylər