15 
İyl
2020
00:26
1154
175
44944
Virtual karabakh

Şəhid generalımızın nəşi Sumqayıta gətirildi - YENİLƏNİB + FOTO/VİDEO

15 İyl, 2020
00:26
44944

Şəhid generalımızın nəşi Sumqayıta gətirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəhid general-mayor Polad Həşimovun nəşi Sumqayıta gətirilib. 

Oxu.Az xəbər verir ki, bütün Sumqayıt sakinləri şəhidi qarşılamağa toplaşıb. 

Şəhidin vida mərasimində Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, ziyalılar, hərbçilər və digər rəsmi şəxslər iştirak edirlər.

Xatırladaq ki, Azərbaycan Ordusunun şəhid general-mayoru Polad Həşimovun cənazəsi sabah İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Könül Cəfərli

14 iyul, 19:38

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan general-mayor Həşimov Polad İsrayıl oğlunun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. 

Oxu.Az xəbər verir ki, şəhidin nəşi rayon sakinləri tərəfindən böyük izdihamla qarşılanıb. 

Generalımız 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri