Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəhid mayorumuz dəfn edildi - YENİLƏNİB + FOTO
Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Masallı rayon Ərkivan qəsəbə sakini, mayor Novruzov Anar Gülverdi oğlunun nəşi torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, mayor doğulduğu torpaqda dəfn edilib.
19:48
Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan Masallı rayon Ərkivan qəsəbə sakini, mayor Novruzov Anar Gülverdi oğlunun nəşi doğulduğu rayona gətirilib.
Oxu.Az xəbər verir ki, hazırda mayorla vida mərasimi keçirilir.
O, elə doğulduğu torpaqda dəfn ediləcək.
Mərasimdə rayon ictimaiyyəti, millət vəkilləri və rayonun icra başçısı Şahin Məmmədov iştirak edir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları - çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.
Bu gün səhər saatlarında isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"
Rəylər