Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türk Ticarət və Sənaye Palatasının sədrindən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidentinə məktub
Türk Ticarət və Sənaye Palatasının (TOBB) sədri Rıfat Hisarcıklıoğlu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevə məktub göndərib.
Məktubda bildirilir ki, sentyabrın 27-dən başlayan hadisələri öz növbəsində TOBB da diqqətlə izləyir və Ermənistanın bu təxribatlarının bölgəmizdəki sülh danışıqlarını baltaladığını bəyan edir.
“Bu təxribatlar beynəlxalq hüququ açıq şəkildə tapdalayır. Mülki əhali arasında itkilərə yol açan bu təxribatları şiddətlə qınayırıq. Ermənistan bu təxribatçı hərəkətlərilə bölgədə sülh və əmin-amanlıq üçün əsas təhlükə olduğunu bir daha göstərdi”, - deyən Rıfat Hisarcıklıoğlu Azərbaycanın öz xalqını və ərazi bütövlüyünü qorumaq üçün haqlı müdafiəsini dəstəklədiklərini qeyd edib.
Bu dönəmdə türk iş dünyasının və Türk Ticarət və Sənaye Palatasının Azərbaycana dəstəyi tamdır, söyləyən Rıfat Hisarcıklıoğlu beynəlxalq ictimaiyyəti də haqlının yanında olmağa çağırdı.
TOBB başkanı Azərbaycan torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə şəhid olanlara Allah rəhmət diləyib, “Can Azərbaycan”a başsağlığı verib və yaralılara acil şəfa diləyib.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistan Ukraynaya ordu göndərir?
- Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
- Paşinyan: "Dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Azərbaycana təklif göndərmişik"
- Ermənistanın baş naziri: "Məhkəmələrdə Azərbaycana qarşı iddiaları geri götürməyə hazırıq"
- Ermənistanın siyasi mühitində xaos: Hakim partiyada qorxu mühiti