20 
Okt
2020
02:20
49
936
24254
Virtual karabakh

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı nələr müzakirə edildi?

20 Okt, 2020
02:20
24254

BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı nələr müzakirə edildi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. 

TASS xəbər verir ki, bunu jurnalistlərə oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı keçirilən qapalı iclasın yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib. 

“Hazırda icranı (atəşkəs rejiminin icrasını - red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir”, - deyə o bildirib. 

 “Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxıb edib”, - V.Nebenzya əlavə edib. 

Eyni zamanda, o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil:

“Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri