16 
Dek
2020
18:47
33
741
5541
Virtual karabakh

Zaxarova beynəlxalq təşkilatların Qarabağla bağlı gələcək addımlarından danışdı

16 Dek, 2020
18:47
5541

Zaxarova beynəlxalq təşkilatların Qarabağla bağlı gələcək addımlarından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ATƏT-in Minsk qrupu, BQXK, eləcə də Qarabağdakı vəziyyətin tamformatlı tənzimlənməsində rol oynaya biləcək digər beynəlxalq təşkilatlar hazırkı mərhələdə gələcək addımların müəyyənləşdirilməsi ilə məşğul olurlar.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının üçtərəfli bəyanatının miqyasını nəzərə alınsa, indiki mərhələdə bir tərəfdən bu bəyanatın həyata keçirilməsi prosesi baş verir, digər tərəfdən isə həmin beynəlxalq struktur, orqan və təşkilatların öz səlahiyyətləri çərçivəsində məsələləri həll etməsi üçün iş gedir: 

"Düşünürəm ki, bütün bu proseslərin institutlaşdırılması və razılaşdırılması vacibdir. Bunun üçün vaxt lazımdır. İndi hər kəs bununla məşğuldur. Bildiyiniz kimi, regionun üzləşdiyi problemlər böyük həcmdədir. Həmin problemlər müxtəlif sahələrə aiddir. Bunlar humanitar məsələlər, qaçqınlar, mədəniyyət obyektləri, təhlükəsizlik və minalardan təmizlənmə problemləridir.

Bu gün Minsk Qrupu kimi, digər beynəlxalq strukturlar, vasitəçi təşkilatlar, misal üçün Beynəlxalq Qırmızı Xaç Komitəsi də sadaladığım problemlərin həlli ilə məşğul olur. BQKX vəziyyətin tam formatda nizamlanmasında öz rolunu oynaya bilər”.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri