Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya MN Qarabağda sülhməramlıların mühasirəyə alınması xəbərini təkzib etdi
Rusiyanın Müdafiə Nazirliyi Qarabağın Hadrut bölgəsində rusiyalı sülhməramlıların Azərbaycan hərbçiləri tərəfindən mühasirəyə alınması barədə məlumatları təkzib edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin bütün bölmələri istər müşahidə postlarında, istərsə də atəşkəs rejiminin gözlənilməsinin monitorinqinin gedişində ştat rejimində tapşırıqları yerinə yetirirlər”, - deyə nazirlikdən bildirilib.
Qurumdan həmçinin Rusiya kontingentinin qərargahının birbaşa rabitə kanalları vasitəsilə Azərbaycan və Ermənistanın baş qərargahları ilə o cümlədən mümkün insidentlərin də qarşısını almaq məqsədilə daimi qarşılıqlı əlaqədə olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin atəşkəs rejiminə bütün təmas xətti boyu riayət olunduğunu vurğulayıb.
Xatırladaq ki, Rusiya sülhməramlılarının Qarabağda mühasirəyə alınması barədə erməni mətbuatı yazmışdı.
"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda üç avtomobil toqquşdu, Fransa səfirliyinin əməkdaşı xəstəxanalıq oldu
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- İran diplomatı "Yaşasın Ermənistan!" deyir
- Ermənistanda ikiüzlü davranış: döyülən təbrizli: Azğın fransız hərbçilər
- Ermənistanda Təbriz sakini azərbaycanlı olduğuna görə dəfələrlə döyülüb
Rəylər