Dünyanın ən məşhur sənət muzeyi olan Luvr Fransa yığma komandasını futbol üzrə dünya çempionatının finalında qələbə qazanması münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bunun üçün Paris muzeyi Mona Lizanı “geyindirib”.
Leonardo da Vinçi Cokondanın məhşur əsərində Mono Lizaya Fransa yığmasının forması “geyindirilib”.
Xatırladaq ki, Fransa bu qələbədən sonra ikiqat dünya çempionu olub. İlk dəfə Fransa yığması 1998-ci ildə bu mükafatın sahibi olub.
Félicitations à l'@equipedefrance pour leur victoire à la #CoupeDuMonde2018 ! 🎉⚽ 🇫🇷 pic.twitter.com/LVBVK6mJ3g
— Musée du Louvre (@MuseeLouvre) July 15, 2018
Rəylər