Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğanın mətbuat katibi: İqtisadiyyatda vəziyyət yaxşılaşır
Görülən tədbirlər nəticəsində son 2 gündə iqtisadiyyatda vəziyyət sürətlə yaxşılaşır.
Oxu.Az “Anadolu”ya istinadla xəbər verir ki, bunu jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın deyib.
“Türkiyə lirəsi ilə möhtəkirlik etməyə imkan verən vəziyyət tam aradan qaldırılıb”, - Kalın bildirib.
Dövlət başçısının mətbuat katibi həmçinin bəzi xarici tərəfdaşların yaranmış vəziyyətdə Ankaraya yardım göstərməyə hazır olduqlarını vurğulayıb.
“İntensiv əlaqələr müqabilində biz artıq Küveytdən, Almaniyadan, Fransadan və hətta Rusiyadan müsbət nəticələr və xəbərlər almışıq”, - Kalın deyib.
Rəylər