29 
Avq
2018
10:05
195
26
17449
Virtual karabakh

Sivilizasiyadan kənar qalan qəbilə aşkarlanıb - FOTO

29 Avq, 2018
10:05
17449

Sivilizasiyadan kənar qalan qəbilə aşkarlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hinduların Milli Fondunun ekspedisiya qrupunun üzvləri Braziliyada Amazon meşələrinin araşdırılması zamanı sivilizasiyadan kənar olan qəbilə aşkar edib. 

Oxu.Az “Life.ru”ya istinadla xəbər verir ki, onlar dron vasitəsilə vəhşi qəbiləni lentə ala biliblər. 

Görüntüləri izlədikdən sonra ekspedisiya onlarla görüşə gedib. 

Əvvəllər onlar haqqında heç bir məlumat olmayıb və indi alimlər onların mənşəyini müəyyən etməyə çalışırlar. Onlara bu işdə vəhşi qəbilənin danışdığı dil kömək göstərə bilər. 

Kadrlardan meşə sakinlərinin məhsul yetişdirdiyi talanı görmək olar. Onlar qida əldə etmək üçün yay, ox və qədim baltadan istifadə edirlər. Həmçinin onların koma və qayıqlarını da çəkmək mümkün olub. 

Alimlərin sözlərinə görə, Vale de Yavari rezervasiyasında tapılan naməlum qəbilədə 10-dan çox tayfa yaşayır. 

Yerli sakinlər alimlərlə danışıqlara getmək istəmirlər və sivilizasiyadan kənarda durmağa üstünlük verirlər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri